Top Local Places

Международный Союз Литераторов"Гюлистан"

, Derbent, Russia
Community Organization

Description

ad

Страница для поэтов, писателей, журналистов и просто творческих людей

RECENT FACEBOOK POSTS

facebook.com

Timeline Photos

Общественно - литературная газета "Гюлистан" 2002 год. Уже 15 лет ее нет с нами. Сегодня Дербентские поэты нуждаются в этой газете. У кого есть предложения пишите в личку

Timeline Photos
facebook.com

Timeline Photos

Timeline Photos
facebook.com

13 ay öncə, Məclisin yubileyi ilə bağlı 3 qəzetdə, 1 saytda dərc etdirdiyim poeziya səhifəsi: "Gülüstan" ədəbi məclisi-180 Mütəfəkkir, tarixçi, şair A.Bakıxanov Qüdsi tərəfindən yaradılan "Gülüstan" ədəbi məclisinin bu yaxınlarda 180 illiyi qeyd edilib. Quba rayonunda fəaliyyət göstərən məclisin sədri pedaqoq-jurnalist, AYB üzvü Ş.Seyidməmmədovdur. Eyni zamanda, bu il "Gülüstan" ədəbi məclisinin 40-a yaxın üzvünün yazılarını əhatə edən 7-ci toplusu çapdan çıxmışdır. 258 səhifəlik bu kitabda 47 müəllifin şeirləri yer alıb. Kitabdan 11 seçmə nümunəni təqdim edirik. Tahir Saleh Dərbanddəki "Gülüstan" ədəbi məclisinin sədri, "Dərbənd" qəzetinin şöbə redaktoru, AYB üzvü, 3 kitab müəllifi Bərkiyəndir Dəmir odda əriyənsə, Dost ürəkdə bərkiyəndir. Dost mənliyi arayansa, Duz-çörəkdə bərkiyəndir. İmtahana çəkmə dostu, Hər gümana çəkmə dostu, Divar kimi sökmə dostu, O, diləkdə bərkiyəndir... Qəlbi daim bahar qalsa, Çiçək-çiçək gözə dolsa, Qoyduğu iz məhrəm olsa, Qar-küləkdə bərkiyəndir. Əyilməzdir yağı-yada, Bənzəri var alov-oda, Tahir özü də dünyada, Xoş istəkdə bərkiyəndir. Qafar Süleyman "Şabran" ədəbi məclisinin sədri, AYB üzvü, 4 kitab müəllifi Ağlayır Ağlayıram öz içimdə, Bilən yoxdur kim ağlayır. Çalınır "Yanıq Kərəmi", Mizrab altda sim ağlayır. Dərd var qalıb ötən çağdan, Dərd var böyük Tufandağdan, Uzaq düşdüm Qarabağdan, Boş qalan yerim ağlayır... Əzilsəm də maraq üstə, Gəzdirmədim yaraq üstdə... Qələm gəzən varaq üstə Xəlvətcə şeirim ağlayır... Qələmşah İdrisov Filologiya uzrə fəlsəfə doktoru, şair-rəssam, 5 kitab müəllifi Çəkim hicranını... Tökdü leysan kimi hicran yağışı, Döndü ümidlərim ömrün qışına. Yenə ləpirçi tək çıxıb gözlərim, İtkin xatirələr axtarışına... Məhəbbət böyüməz hicran olmasa, Hicransız məhəbbət sevişə bilməz. Hicran dənizində üzməyən aşiq, Könül həmdəminə qovuşa bilməz. Hicranla bərkiyir sevgi-məhəbbət, Qeysi məcnun etdi hicran yarası. Hicranın içinda gizlənib, fəqət Ülvü məhəbbətin, eşqin yarısı. Hicran məhəbbətin yaraşıqıdır, Bir damla göz yaşı tökən deyiləm. Çəkim hiçranını nə qədər desən, Onsuz da siqaret çəkən deyiləm... Abdulla Məmməd Filoloq-şair Dəymə Köz-köz közərdim söz üstə, Közərən közümə dəymə. Mən sənin yemin deyiləm, Yeri get-gözümə dəymə! Güzgüdə gördüyün üzü, Gözlərdə hördüyün üzü, Astara sırıdığın üzü Gözəyib, gözünü döymə! Tay-tayın tapar, su çala... Qeybətlə dolmaz bu çala. Az onu-bunu suçula Söz atıb, dözümə dəymə! At çəkəni yüyən bilər, İt çəkəni söyən bilər, Önündən söz yeyən bilər... Haqq deyən sözümə dəymə! Dağa dirənən ahdan qorx, İşlədiyin günahdan qorx, Barı, bir yol Allahdan qorx, Diz çöküb özünü öymə... Yeri get, gözümə dəymə! Nazif Tağı Ali kateqoriyalı müəllim, Qarabağ qazisi, "Vətən uğrunda" medalıyla təltif olunmuş zabit Susay çayı - Alpançay (yarızarafat-yarıgerçək) Susaya üzükdür qalın meşəsi, Üzüyün qaşıdır dağın zirvəsi, Sən ordan alırsan gücü-nəfəsi, Bəs niyə Alpançay deyirlər sənə? Kəndimi ortadan bölüb gedirsən, Şaqqanaq çəkərək gülüb gedirsən, Alpana çatanda ölüb gedirsən, Bəs niyə Alpançay deyirlər sənə? Biz balıq tutardıq, səndə çimərdik, Böyüklər gələndə gendə çimərdik, Üç-dörd ay, az qala gündə çimərdik... Bəs niyə Alpançay deyirlər sənə? Damarda dövr edən qanım sən oldun, Altı şəhidimlə canım sən oldun, Susayda göllərim, sonam sən oldun, Bəs niyə Alpançay deyirlər sənə? Hövzəndə yad yellər əsməsin deyə, Zarafat, xoş söhbət kəsməsin deyə, Şahbaba müəllim küsməsin deyə - (Alpanda Quruçay söyləsələr də) - Müşkürdə Alpançay deyirlər sənə... İzmirağa Töhmərli Şair-jurnalist-müəllim, 2 kitab müəllifi (mərhum) Məni kəndə apar... Qaytar məni o dağlara, Ordan baxım uzaqlara, Yazda məndən uzaqlaşar, Qışda məni tapar ölüm - Məni kəndə apar, ölüm! Qırx il ömür sürdüm, bəsdir, Gördüyümü gördüm, bəsdir, Mən it ömrü yaşamışam, Haqsızlığa hürdüm, bəsdir! - Məni kəndə apar, ölüm! Hər el, hər ölkə yaxşıdır, İstidə kölgə yaxşıdır. Bu dünyanı bəyənmədim, O dünya bəlkə yaxşıdır Məni kəndə apar, ölüm! Yaddan günüm, anım çıxmaz, Kəssən, damla qanım çıxmaz, Torpaq üçün darıxmışam - Bu asvaltda canım çıxmaz: Məni kəndə apar, ölüm... Pirəli Rüklü Şair, teleaparıcı, 2 kitab müəllifi Bəyənmir Kimliyini danaraq lovqalanıb gəzir o, Yerli-yersiz ətrafa boylanaraq süzür o, Özünü yüksək tutub, kimlərisə əzir o, Yanında olanların heç birinə güvənmir, "Bağa çanaqdan çıxıb, çanağını bəyənmir" Kökünə bələd olan yaxşı tanıyır onu, Düşməni tərifləyir, dostu qınayır onu, Zatınımı unudub, göyə tutur burnunu, Torpaqdan yaransa da, göylərdən yerə enmir, "Bağa çanaqdan çıxıb, çanağını bəyənmir" Daş-torpağın içindən gəlib çıxıbdır düzə, Elə yeriyir, guya yaradacaq möcüzə... Mat-məəttəl qalmışam, adamda qaşa-gözə, Beləsinin başına göydən kül də ələnmir, "Bağa çanaqdan çıxıb, çanağını bəyənmir". Elnarə Əskərova Həvəskar şair Qürbət eldə... ...Çox şey istəməzdim, bir yağış yağsın, Çəkim ciyərimə torpağın ətrin. Mavi göy belinə qurşağın taxsın, Yetmiş dəfə sayım, yeddi rəng sətrin... Günəş şəfəqini damlara sərsin, Ərisin Şahdağın zirvəsində qar. Quruçay hayqırsın, bir sel gətirsin, Yusun sahilini bulanıq sular... Ən gözəl paltarı geyim əynimə, Toplayım başıma qonşu qızları, Hanı mis səhəngim, salım çiynimə, Düşək Qarabulaq yoluna sarı... Sübh tezdən oyanım xoruz səsilə, Anamın ocaqda südü qaynasın. Qızlar könül açsın zümzüməsilə, Lalə ləçəyində şehlər oynasın... Bibimiz sac salsın-ocaq qalayıb, Naxışlı çörəklər yapsın təndirə. İsti qutabları özüm yağlayım, Bacım stəkanda ayran gətirə... Geyək əynimizə qardaş şalvarın, Bir az ip bağlayaq qazan qulpuna, İynəli-tikanlı qəddar kölların Böyürtkən yığmağa girək qoynuna... Çaytikanı yığaq, ziriş toplayaq, Cırsın əlimizi tikanlı kollar. Gicitkən yandırsın ayaqlarımı, İçimdə onun da bir həsrəti var... Böyükağa Ağa "Gülüstan" və "Ulduzlar" ədəbi məclislərinin üzvü Ləl kimiyəm Sacı qızdır dedim sənə, Dərdi qovur, qat çətənə. Xırmanımda qalıb yenə - Döyəcəyəm, vəl kimiyəm. Çulum olub para-para, Dərd çiynimə salıb yara. Əcəl qalıb üzüqara, Öldürəmmir, kəl kimiyəm. Hər kimin var fərd içində, Dərdi çəkər mərd, içində. Ərimədim dərd içində, Dərd sədəfdi, ləl kimiyəm... Sabir Şeyda Pedaqoq, şair, 4 kitab müəllifi (mərhum) Oxu ömür kitabını. Damlasıyıq yanan şamın, Çağlama canım, çağlama. Gözdə qaldı arzu-kamın, Ağlama canım, ağlama... Haqsa yazan bir yazını, Kim gördü onda pozunu?! Söndür, qəlbdə dərd közünü, Saxlama canım, saxlama. Qəmlə sevinc arasını Ölç, tökmə göz qorasını. Açma yaddaş yarasını, Dağlama canım, dağlama. Topla qüvvəni, tabını, Oxu ömür kitabını... Sevinc dadlı bir qapını, Bağlama canım, bağlama... Cabir Alpoğlu Albantürk Şair-publisist, 3 kitab müəllifi, AYB üzvü Gümüş onluq və bir bənd sonluq (Ə.Salahzadə sayağı) Şeiri şüara çevirənlər Şüarı şirə çevirməkdə, Şiri şara çevirənlər Şarı şüura çevirməkdə, Pulu kefə sovuranlar Yağı şora çevirməkdə... Şoru şərə çevirənlər Şəri tora çevirməkdə... Köz altında manqal ağlar, Köz üstdəki çevrilməkdə... Ara qatan qanqalaqlar Çöpü tirə çevirməkdə, Bəzi nadan danqalaqlar Kiri pirə çevirməkdə... Ədalət qəzeti.-2015.-24 dekabr.-Səh.6.

facebook.com

Photos from Международный Союз Литераторов"Гюлистан"'s post

Photos from Международный Союз Литераторов"Гюлистан"'s post
facebook.com

Timeline Photos

Timeline Photos
facebook.com

Timeline Photos

Timeline Photos
facebook.com

Timeline Photos

Timeline Photos
facebook.com

Timeline Photos

Timeline Photos
facebook.com

Timeline Photos

Timeline Photos
facebook.com

Timeline Photos

Timeline Photos
facebook.com

Timeline Photos

Встреча с племянником Микаила Мушфига поэтом Вагабом Исмаизаде

Timeline Photos
facebook.com

Timeline Photos

Timeline Photos
facebook.com

Quiz

NEAR Международный Союз Литераторов"Гюлистан"